Azərbaycanlı sablyaçı Polşada keçirilən beynəlxalq turnirdə üçüncü oldu
Azərbaycan qılıncoynadanı Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən “Cadet Circuit” beynəlxalq turnirində bürünc medal qazanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyası məlumat yayıb.
Sablyaçı qrup mərhələsini 4 qələbə ilə başa vurub. Pley-off mərhələsində də uğurlu çıxışını davam etdirən Hüseynov ardıcıl 4 görüşdə rəqiblərini məğlub edərək yarımfinala yüksəlib.
Abbas Hüseynov yalnız finala gedən yolda, sonradan turnirin qalibi olan fransalı Qael Boujrad-Benauda 14:15 hesabı ilə məğlub olub və yarışın bürünc medalına sahib çıxıb.
Namiq HUN