Azərbaycanlı qrossmeyster Veyk-an-Zeedə məğlubiyyətsiz irəliləyir

İdman

23.01.2026 10:45

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı Niderlandda keçirilən ənənəvi “Tata Steel Challengers” şahmat turnirində liderlər qrupunda yer alıb. 

TodayPress TV xəbər verir ki, Süleymanlı beş turdan sonra 4 xalla ABŞ şahmatçısı Eddi Vudvort və argentinalı Faustino Oro ilə 1–3-cü yerləri bölüşür.

Əlavə göstəricilərə əsasən, Azərbaycan qrossmeysteri hazırda bu üçlükdə ikinci pillədə qərarlaşıb. 

Qeyd edək ki, Aydın V turda niderlandlı şahmatçı Maks Varnerdamla heç-heçə edib.

Qrossmeysterimiz Veyk-an-Zee turnirində indiyədək məğlubiyyətlə üzləşməyib.

Xatırladaq ki, “Tata Steel Challengers” turnirinin qalibi Veyk-an-Zeedə keçirilən şahmat festivalının əsas yarışı olan “Masters” turnirində iştirak hüququ qazanacaq.

Namiq HUN

TodayPress TV

tag: Aydın Süleymanlı,Tata Steel Challengers,Turnir,Çıxış,Todaypress.tv,