Azərbaycanlı gənclər mundialda qələbə üçün döyüşəcək

Azərbaycanlı gənclər mundialda qələbə üçün döyüşəcək
07.04.2026 17:04 İdman

Özbəkistanda taekvondo üzrə gənclər arasında dünya çempionatı keçiriləcək.

TodayPress TV “AzərTac”a istinadən xəbər verir ki, Daşkənd turnirində Azərbaycanı 15 taekvondoçu (10 oğlan və 5 qız) təmsil edəcək.

Oğlanların yarışında Rasim Xəlilov (45 kq), İlyas Hətəmli ( 48 kq), Novruz Əliyev (51 kq), Elmir Səlimov (55 kq), Məhəmməd Həsənov (59 kq), Çingiz Həsənov (63 kq), Həsən Əlizadə (68 kq), Adil Kazımlı (73 kq), İsrafil Nəcəfov (78 kq) və Allahverdi Məmmədov (+78 kq) dayanq üzərinə çıxacaqlar. 

Qızlar arasında isə Ləman Manafova (42 kq), Nilufər Borci (49 kq), Gülay Əliyeva (52 kq), Fatimə Həsənova (55 kq) və Türkan Yuniszadə (59 kq) qələbə uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, dünya çempionatı aprelin 12-17-i aralığında keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər