Azərbaycan voleybolunda baş məşqçi dəyişiklikləri baş verir
İdman
04.04.2026 11:00
Yeniyetmə və gənc qızlardan ibarət voleybol yığmamızın baş məşqçisi Şahin Çatma ilə yolların ayrıldığı bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə “prosport.az” məlumat yayıb.
Bildirilir ki, 2023-cü ilin yayından komandamızı çalışdıran türkiyəli mütəxəssis dünən federasiyaya gələrək kollektivlə vidalaşıb. O, qərarını həyat yoldaşının səhhəti ilə əsaslandırıb.
Xatırladaq ki, Şahin Çatmanın rəhbərlik etdiyi U-18 millimiz ötən ay İspaniyada keçirilən Avropa çempionatının ikinci təsnifat mərhələsində uğursuz çıxış edib. Komanda meydan sahibi İspaniya, eləcə də Niderland və Estoniyaya 0:3 hesabı ilə məğlub olub.
Bundan əlavə, onun rəhbərlik etdiyi “Gənclər” komandası qadınların Yüksək Liqasında bütün turnir ərzində rəqiblərindən bir set belə ala bilməyib.
İddialara görə, məşqçinin türkiyəli köməkçiləri Zihni Türkay Taylan və statistik Birol Serimlə də yolların ayrılması gözlənilir.
Namiq HUN
tag: Şahin Çatma,Voleybol,Baş məşqçi,Komanda,Todaypress.tv,
