Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı

Azərbaycan – Sent Lüsiya oyununun  hakimləri açıqlandı
26.03.2026 12:31 İdman

“FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya yığması ilə üz-üzə gələcək. Sumqayıtda, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu keçiriləcək qarşılaşmanın hakim təyinatları açıqlanıb.

TodayPress TV  "Affa.az"a istinadən xəbər verir ki, görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Giorgi Kruaşvili olacaq. Ona köməkçilər Levan Varamişvili və Giorgi Elikaşvili assistentlik edəcəklər. Dördüncü hakim funksiyasını isə Koba Revazaşvili yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma martın 27-də saat 19:00-da başlayacaq.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər