Azərbaycan - Sent Lüsiya oyununda dördüncü qol vuruldu - YENİLƏNDİ
İdman
27.03.2026 20:36
"FIFA Series – 2026" beynəlxalq turnirində keçirilən Azərbaycan - Sent Lüsiya oyununda dördüncü qol vurulub.
TodayPress TV xəbər verir ki, qonaqlar hesab arasındakı fərqi azaldıb - 1:3.
52-ci dəqiqədə Filip Donavan fərqlənib.
Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.
19:48
Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya ilə oyunda üç qol fərqi ilə öndədir.
TodayPress TV xəbər verir ki, qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.
Qarşılaşmanın 21-ci dəqiqəsində Rəhim Sadıxov, 37-ci dəqiqəsində isə Musa Qurbanlı adını tabloya yazdırıb.
Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra Leone ilə üz-üzə gələcək.
19:14
Azərbaycan – Sent Lüsiya oyununda hesab açılıb.
TodayPress TV xəbər verir ki, ikinci dəqiqədə Emin Mahmudov penaltidən millimizi önə çıxarıb.
tag: Azərbaycan,Sent Lüsiya,Qol, Emin Mahmudov,TodayPress TV,
