Azərbaycan millisində yüksəliş – AFFA prezidenti açıqladı
İdman
03.04.2026 12:01
“Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur”.
TodayPress TV Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Rövşən Nəcəf AFFA-nın Hesabat Konfransında çıxışı zamanı deyib.
O, ölkə rəhbərliyinin hər zaman futbola və idmana böyük dəstək verdiyini bildirərək futbol üzrə Azərbaycan millisinin uğurlu nəticələr qazandığını vurğulayıb.
Rövşən Nəcəf qeyd edib ki, Ayxan Abbasovun gəlişindən sonra komandada həm intizam, həm də oyun planında inkişaf müşahidə olunur. O, bu dövrdə yığmanın baş məşqçisi olmağa razılıq verdiyi üçün mütəxəssisə təşəkkür edib.
AFFA prezidenti bildirib ki, milli komanda “FIFA Series” turnirinin qalibi olub və bu inkişaf qadınlardan ibarət yığmada da hiss olunur.
O, həmçinin Qarabağ FK-nın Azərbaycan futbolunun beynəlxalq nüfuzuna mühüm töhfə verdiyini qeyd edib.
Rövşən Nəcəf Azərbaycan və Özbəkistanın 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatına ev sahibliyi edəcəyini xatırladaraq hər iki ölkədə futbola verilən önəmi vurğulayıb.
Namiq HUN
tag: Ayxan Abbasov,AFFA,Milli komanda,Futbol,Todaypress.tv,
