Azərbaycan kubokunda finala gedən yol bu gün açılır

Azərbaycan kubokunda finala gedən yol bu gün açılır
03.04.2026 09:35 İdman

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin oyunlarına start veriləcək.

TodayPress TV xəbər verir ki, ilk qarşılaşmalar eyni gündə keçiriləcək.

“Turan Tovuz” “Zirə” ilə, “Qarabağ” isə “Sabah”la üz-üzə gələcək.

Günün ilk oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. “Turan Tovuz” və “Zirə” komandalarının görüşü saat 17:30-da start götürəcək.

Yarımfinala gedən yolda Tovuz təmsilçisi “Kəpəz”i, “qartallar” isə “Sumqayıt” klubunu məğlub edib.

İkinci yarımfinal matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” turnirin son qalibi “Sabah”ı qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

“Qarabağ” 1/4 finalda “Şamaxı”nı, “Sabah” isə “Qəbələ”ni mübarizədən kənarlaşdırıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər