Azərbaycan komandası bürünc medalla tarix yazdı
Azərbaycanın 14 yaşadək basketbolçulardan ibarət yığma komandası Türkiyədə keçirilən “EVOQ Challenge Cup” turnirində adını mükafatçılar çırasına yazdırıb.
TodayPress TV xəbər verir ki, millimiz Yalova şəhərində təşkil olunan yarışda bürünc medala sahib çıxıb.
Komandamız turnirin qalibi olan “Fənərbağça” klubu ilə “İstanbul Büyükşehir Belediyesi” komandasından geri qalıb.
Namiq HUN