Azərbaycan klubları bu gün yoxlama oyunlarına çıxacaq
İdman
16.01.2026 10:36
Bu gün Azərbaycanın futbol üzrə dörd klubu növbəti yoxlama oyunlarını keçirəcək.
TodayPress TV xəbər verir ki, Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Zirə” və “Qarabağ” klubları eyni gündə iki qarşılaşmada qüvvələrini sınayacaqlar.
Azərbaycan çempionu “Qarabağ” Xorvatiyanın “Osiyek” və Polşanın “Zaqlebye” komandaları ilə üz-üzə gələcək.
“Zirə” isə Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.
Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün son yoxlama oyununu keçirəcək. “Kimyaçılar” Xorvatiyanın “Osiyek” komandası ilə qarşılaşacaq.
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində toplanışda olan “Neftçi” klubu isə Çin təmsilçisi “Çenqdu Ronqçenq” ilə yoxlama matçında mübarizə aparacaq.
Xatırladaq ki, “Neftçi” indiyədək Misirin “Piramids” klubu ilə 1:1 hesablı heç-heçə edib, Qazaxıstanın “Kayrat” komandasına isə 3:0 hesabı ilə qalib gəlib.
“Zirə” ilk yoxlama oyununda Rumıniyanın “Çiksereda” klubu ilə 3:3 hesablı bərabərlik əldə edib, "Qarabağ" isə Özbəkistanın “Neftçi” komandasına 5:0 hesabı ilə qalib gəlib. “Sumqayıt” isə Macarıstanın “Pakş” klubuna 1:5, Serbiyanın OFK (Belqrad) komandasına 1:4 hesabı ilə uduzub.
Namiq HUN
tag: Azərbaycan,Futbol,Klub,Oyun,Todaypress.tv,
