Azərbaycan gimnastlarından Dünya Kubokunda növbəti uğur!

İdman

16.03.2026 14:28

Niderlandın Alkmaar şəhərində keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda gimnastlarımız adlarını turnirin mükafatçıları sırasına yazdırıblar.

TodayPress TV xəbər verir ki, gimnastlarımız batut və ikili mini-batut proqramlarında iştirak edirlər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən sinxron proqramda kişi cütlüyü Hüseyn Abbasov və Maqsud Maqsudov, həmçinin qarışıq sinxron cütlük Selcan Mahsudova və Maqsud Maqsudov final mərhələsinə yüksəliblər.

Həlledici yarışda yüksək nəticə göstərən gimnastlarımızdan kişi cütlüyü Hüseyn Abbasov və Maqsud Maqsudov 51.060 xalla bürünc medalın, qarışıq sinxron cütlük Selcan Mahsudova və Maqsud Maqsudov isə 51.090 xalla gümüş medalın sahibi olublar.

Namiq HUN

TodayPress TV

tag: Batut,Gimnastika,Selcan Mahsudova,Maqsud Mahsudov,Todaypress.tv,

photo
photo