Azərbaycan futboluna ayrılan vəsaitlər açıqlandı

İdman

03.04.2026 11:08

AFFA-nın Hesabat Konfransı keçirilir.

TodayPress TV xəbər verir ki, konfransda milli komandalara 27 milyon manatdan çox vəsait xərcləndiyi açıqlanıb.

Bildirilib ki, 2025-ci ildə AFFA-nın büdcəsinə ümumilikdə 61 milyon 437 min 894 manat vəsait daxil olub.

Hesabata əsasən, daxilolmaların əsas hissəsi SOCAR tərəfindən təmin edilib. Belə ki, qurumdan 26 milyon manat maliyyə dəstəyi, əlavə olaraq 5 milyon 300 min manat qrant daxil olub.

Digər gəlirlər arasında 11 milyon 128 min 500 manat “AzərMaş”dan, 6 milyon 435 min 438 manat UEFA-dan, 4 milyon 907 min 311 manat UEFA-nın yayım hüquqları üzrə gəlirlərindən, 2 milyon 874 min 917 manat FIFA-dan daxil olub.

Bundan başqa, 1 milyon 918 min manat “Paşa Sığorta”dan, 930 min manat “Paşa Həyat”dan, 500 min manat “Ensol” MMC-dən, 132 min 750 manat Carlsbergdən, 59 min manat “Azərlotereya”dan və 1 milyon 251 min 978 manat digər mənbələrdən əldə olunub.

Namiq HUN

TodayPress TV

tag: AFFA,Hesabat,Konfrans,Maliyyə,Todaypress.tv,