Azərbaycan boksçuları Debretsendə 4 medal qazandılar

Azərbaycan boksçuları Debretsendə 4 medal qazandılar
23.03.2026 11:41 İdman

Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

TodayPress TV xəbər verir ki, 19 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin üzvləri 2 gümüş və 2 bürünc medal əldə ediblər.

Amin Məmmədzadə (55 kq) ilə Həsən Osmanlı (80 kq) ikinci yeri tutublar. Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) isə turniri bürünc medalla başa vurublar.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər