Azərbaycan avarçəkəni Avropa çempionu oldu
Azərbaycan avarçəkəni Boqdan Kurudz Portuqaliyanın Montemor-u-Velyu şəhərində kayak və kanoe üzrə Avropa çempionatında qızıl medal qazanıb.
TodayPress TV xəbər verir ki, o, masters kateqoriyasında (35–39 yaş) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
500 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizə aparan idmançı bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb.
Qeyd edək ki, Boqdan Kurudz iyunun 13-də birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışacaq.