Aydın Süleymanlı “Tata Steel Challengers”də ilk üçlükdə yer alır

Aydın Süleymanlı “Tata Steel Challengers”də ilk üçlükdə yer alır
24.01.2026 10:49 İdman

Beynəlxalq qrossmeyster Aydın Süleymanlı Niderlandda keçirilən şahmat turnirində uğurlu çıxışını davam etdirir. 

TodayPress TV xəbər verir ki, Süleymanlı “Tata Steel Challengers” şahmat turnirinin VI turu çərçivəsində Hindistan təmsilçisi Vedant Panesarla heç-heçə edib.

Hazırda aktivində 4,5 xalı olan Azərbaycan şahmatçısı fransalı Markandriya Mauritsi ilə birlikdə 2–3-cü yerləri bölüşür. Əlavə göstəricilərə görə Aydın turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Turnirin vahid lideri 5 xalla amerikalı Endi Vudvortdur. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər