Avtoqol oyunun taleyini həll etdi: “Araz-Naxçıvan” qalib gəldi
İdman
18.03.2026 17:07
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tur start götürüb.
TodayPress TV xəbər verir ki, ilk oyun günündə “Şamaxı” “Araz-Naxçıvan”ı qəbul edib.
Şamaxı şəhər stadionunda baş tutan matçı İnqilab Məmmədov idarə edib.
“Şamaxı” - “Araz-Naxçıvan” oyununda ilk hissədə hesab açılmayıb. Naxçıvan təmsilçisi yalnız fasilədən sonra meydan sahiblərini mərkəzə dəvət edə bilib. 56-cı dəqiqədə “Şamaxı”nın futbolçusu Vladislav Veremeyev avtoqol vuraraq “Araz-Naxçıvan” klubunu hesabda irəli çıxarıb - 0:1.
Qalan dəqiqələr ərzində oyunda hesab dəyişməyib və qarşılaşma “Araz-Naxçıvan”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu komandaların ilk dövrədəki matçı 1:1 hesablı heç-heçə ilə bitib. İkinci dövrədəki oyunda isə “Araz-Naxçıvan” 2:0 hesablı qələbə qazanıb.
Namiq HUN
tag: Şamaxı,Araz-Naxçıvan,Klub,Qol,Todaypress.tv,
