Avropa Liqası: “Aston Villa” və “Lion” birbaşa 1/8 finalda

İdman

23.01.2026 09:08

UEFA Avropa Liqasında Liqa mərhələsinin VII turunun oyunlarından sonra 1/8 finala birbaşa vəsiqə qazanan və pley-off mərhələsinə yüksələn klublar müəyyənləşib.

TodayPress TV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, son turun nəticəsindən asılı olmayaraq İngiltərənin “Aston Villa” və Fransanın “Lion” klubları 1/8 final mərhələsinə birbaşa yüksəlməyi təmin ediblər.

Pley-off mərhələsinə vəsiqə qazanan komandalar isə bunlardır:

“Bolonya” (İtaliya), “Braqa” (Portuqaliya), “Selta” (İspaniya), “Srvena Zvezda” (Serbiya), “Fənərbağça” (Türkiyə), “Ferentsvaroş” (Macarıstan), “Frayburq” (Almaniya), “Genk” (Belçika), “Midtyülland” (Danimarka), PAOK (Yunanıstan), “Portu” (Portuqaliya), “Betis” (İspaniya), “Roma” (İtaliya), “Ştutqart” (Almaniya) və “Viktoriya” (Çexiya).

Qeyd edək ki, Avropa Liqasının reqlamentinə əsasən Liqa mərhələsini 1–8-ci yerlərdə başa vuran komandalar birbaşa 1/8 finala yüksəlir. 9–24-cü yerlərin sahibləri isə pley-off mərhələsində mübarizə aparacaq.

Avropa Liqasında Liqa mərhələsinin sonuncu – VIII turunun oyunları yanvarın 30-da keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: UEFA Avropa Liqası, Pley-off ,“Aston Villa”,“Lion” ,Todaypress.tv,