Avropa bazarı silkələndi: qışın ən bahalı transferləri məlum oldu

İdman

04.02.2026 11:41

“Transfermarkt” portalı 2026-cı ilin qış transfer pəncərəsində reallaşan ən bahalı 10 keçidi açıqlayıb.

TodayPress TV xəbər verir ki, siyahıya İngiltərənin “Bornmut” klubundan “Mançester Siti”yə transfer olunan cinah yarımmüdafiəçisi Antuan Semenyo başçılıq edir. “Şəhərlilər” bu keçid üçün 72 milyon avro ödəyib.

Reytinqin ikinci pilləsində Yörgen Strand Larsen yer alıb. Norveçli hücumçu “Vulverhempton”dan “Kristal Pelas”a 49,7 milyon avro qarşılığında transfer olunub.

Üçüncü sırada isə “Vest Hem”dən Braziliyanın “Flamenqo” klubuna 42 milyon avro müqabilində keçən yarımmüdafiəçi Lukas Paketa qərarlaşıb.

Qeyd edək ki, siyahıda İngiltərə klubları ilə yanaşı, Səudiyyə Ərəbistanı və Braziliya təmsilçilərinin də aktivliyi diqqət çəkir.

2026-cı ilin qış transfer pəncərəsinin ən bahalı 10 keçidi:

1. Antuan Semenyo – “Bornmut”dan “Mançester Siti”yə – 72 milyon avro

2. Yörgen Strand Larsen – “Vulverhempton”dan “Kristal Pelas”a – 49,7 milyon avro

3. Lukas Paketa – “Vest Hem”dən “Flamenqo”ya – 42 milyon avro

4. Brennan Conson – “Tottenhem”dən “Kristal Pelas”a – 40 milyon avro

5. Konor Kallaqer – “Atletiko”dan “Tottenhem”ə – 40 milyon avro

6. Ademola Lukman – “Atalanta”dan “Atletiko”ya – 35 milyon avro

7. Oskar Bobb – “Mançester Siti”dən “Fulhem”ə – 31,2 milyon avro

8. Kader Meyte – “Renn”dən “Əl-Hilal”a – 30 milyon avro

9. Georgi İlenixena – “Monako”dan “Əl-İttihad”a – 30 milyon avro

10. Teto Kastelyanos – “Latsio”dan “Vest Hem”ə – 29 milyon avro

Namiq HUN

TodayPress TV

tag: Futbol,Klub,Transfer,Açıqlama,Todaypress.tv,