Avroliqada erkən vidalar: daha altı komanda mübarizədən kənar qaldı
İdman
23.01.2026 10:11
UEFA Avropa Liqasının 2025/2026 mövsümündə pley-off mərhələsinə yüksəlmək şansını vaxtından əvvəl itirən altı klub müəyyənləşib.
TodayPress TV xəbər verir ki, Liqa mərhələsinin iştirakçıları olan “Şturm”, “Reyncers”, “Nitsa”, “Utrext”, “Malmö” və “Makkabi Təl-Əviv” klubları riyazi olaraq pley-off zonasına düşmək imkanlarını itiriblər.
Qeyd edək ki, turnirin reqlamentinə əsasən Liqa mərhələsini ilk 8 pillədə başa vuran komandalar birbaşa 1/8 finala yüksəlir. 9–24-cü yerləri tutan klublar isə pley-off mərhələsində mübarizə aparacaq və bu raundun qalibləri 1/8 finala vəsiqə qazanacaqlar.
Xatırladaq ki, Avropa Liqasının hazırkı qalibi “Tottenhem” klubudur. London təmsilçisi ötən mövsümün finalında “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edib.
Namiq HUN
tag: UEFA,Mövsüm,Klub,Liqa,Todaypress.tv,
