Arteta tənqidlərə cavab verdi: Sağlamlar oynasın

İdman

04.04.2026 10:30

“Arsenal”ın baş məşqçisi Mikel Arteta öz oyunçularının millilərə çağırılmamaqla bağlı tənqidlərə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

“Hər oyunçunun sağlamlıq vəziyyətini qiymətləndirərkən biz həmişə dürüst oluruq və bundan sonra tibbi qərar qəbul olunur. Oyunçularımızla bağlı nəticələr açıq-aydın idi. Əgər sən sağlamsansa və millinin oyunlarında iştirak edə bilirsənsə, oynamaq məcburiyyətindəsən. Biz fəxr edirik ki, oyunçularımızın bu qədər çoxu millilərə çağırılır”, — deyə Arteta bildirib.

Qeyd edək ki, bu beynəlxalq fasilədə “Arsenal”ın 11 oyunçusu sağlamlıq problemlərinə görə millilərinin oyunlarında iştirak edə bilməyib.

Namiq HUN

TodayPress TV

tag: Mikel Arteta,Arsenal,Futbol,Milli,Todaypress.tv,