“Arsenal”ın liderliyi təsdiqləndi – Arteta mükafat aldı

“Arsenal”ın liderliyi təsdiqləndi – Arteta mükafat aldı
03.04.2026 15:33 İdman

Mikel Arteta İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı baş məşqçisi seçilib.

TodayPress TV xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

Mart ayında Artetanın rəhbərlik etdiyi “Arsenal” üç oyun keçirib və hər üçündə qələbə qazanıb. “Topçular” “Çelsi”ni 2:1, “Brayton”u 1:0 və “Everton”u 2:0 hesabı ilə məğlub edib.

Bu mükafata namizədlər sırasında Eddi Hau (“Nyukasl Yunayted”), Devid Moyes (“Everton”), Recis Le Bris (“Sanderlend”) və Fabian Hürzeler (“Brayton”) da yer alıb.

Hazırda “Arsenal” 31 oyundan 70 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər