“Arsenal”da təzyiq böyükdür – Arteta hər şeyi açıqladı
İdman
08.04.2026 09:25
Londonun “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/4 final mərhələsində “Sportinq” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib.
TodayPress TV “The Guardian”a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bu oyunu mövsümün ən vacib anlarından biri adlandırıb:
“Çox şadam - bu, böyük bir gecə, mövsümün böyük anıdır. Xüsusilə əvvəlki nəticələrimizi nəzərə alsaq. Avqustdan bəri özümüzdən yalnız qələbə tələb edirik. Qələbə qazanmayanda bu, sanki fəlakət kimi qəbul olunur. Dörd titul qazanmasanız, bu kifayət deyil kimi düşünülür.
Oyunçular vəziyyətə obyektiv yanaşmalı idi. Mən onlara kim olduğumuzu və bu səviyyəyə necə gəldiyimizi xatırlatmalı oldum. Bunu qəbul edib, bu günlə yaşamalı və maksimum gücümüzü ortaya qoymalıyıq. Sonra görəcəyik nə baş verəcək”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 15-də “Emirates Stadium”da keçiriləcək.
Namiq HUN
tag: Arsenal,Mikel Arteta,UEFA,Sportinq,Todaypress.tv,
