“Arsenal” Sandro Tonalinin transferi üçün hərəkətə keçdi

“Arsenal” Sandro Tonalinin transferi üçün hərəkətə keçdi
02.02.2026 17:14 İdman

Londonun “Arsenal” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali ilə maraqlanır.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “topçular” qış transfer pəncərəsinin son günündə italiyalı futbolçunun razılığını almağa cəhd göstərəcəklər.

Qeyd olunur ki, “Nyukasl” əsas heyət üzvünü satmaq niyyətində deyil. Buna baxmayaraq, Sandro Tonali hələ də “Arsenal”ın maraq dairəsində qalır.

Xatırladaq ki, italiyalı yarımmüdafiəçinin transfer dəyəri 75 milyon avro məbləğində qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər