Argentinalı ulduzdan etiraf: Lemparddan öyrəndiklərim karyeramı dəyişdi

İdman

07.02.2026 16:28

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes klubun əfsanəsi Frenk Lempard haqqında danışaraq onu öz kumiri adlandırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Sky Sports nəşri məlumat yayıb.

Argentinalı futbolçu qeyd edib ki, Londona transfer olunduqdan sonra Lempardın oyun videolarını izləyərək onun meydandakı hərəkətlərini öyrənməyə çalışıb.

Fernandes xüsusilə Lempardın cərimə meydançasına vaxtında daxil olmaq bacarığını və hücumlarda effektiv iştirakını vurğulayıb. O bildirib ki, əvvəllər daha dərin mövqedə oynadığı üçün bu xüsusiyyətlər onun üçün yeni element olub və Lempardın oyun tərzi inkişaf baxımından nümunə rolunu oynayıb.

Hazırda Enzo Fernandes “Çelsi”nin əsas fiqurlarından biri hesab olunur. Cari mövsümdə o, bütün turnirlərdə 36 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə ilə diqqət çəkib. Transfermarkt portalında futbolçunun bazar dəyəri 85 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: Enzo Fernandes,Frenk Lempard,Çelsi,Futbol,Todaypress.tv,