Arbeloanın məşqçi heyətində Azərbaycanda çalışmış mütəxəssis var

Arbeloanın məşqçi heyətində Azərbaycanda çalışmış mütəxəssis var
14.01.2026 10:26 İdman

“Real Madrid” klubunun yeni baş məşqçisi Alvaro Arbeloanın köməkçiləri müəyyənləşib.

TodayPress TV “Futbolxeber.az”a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin köməkçilərindən biri vaxtilə Azərbaycanda çalışmış fiziki hazırlıq üzrə məşqçi Rikardo da Silvadır.

O, 19 yaşadək qızlardan ibarət Azərbaycan millisində baş məşqçi Patrisiya Qonzalesin köməkçisi olub.

Qeyd edək ki, Rikardo da Silva daha əvvəl “Kastilya”da Alvaro Arbeloa ilə birlikdə çalışıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər