Arbeloa tənqidlərə meydan oxudu: “Məni yalnız qələbə maraqlandırır”
İdman
24.01.2026 09:45
Madrid “Real”ının baş məşqçisi Alvaro Arbeloa ünvanına səslənən tənqidlərə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “kral klubu”nun rəsmi saytı məlumat yayıb.
Arbeloa ona ünvanlanan tənqidlərə necə yanaşdığını açıqlayıb.
“Tənqidlərə gəlincə, mən sakitəm və tam şəkildə işimə fokuslanmışam: futbolçulara kömək etmək və onların potensialını maksimum səviyyədə üzə çıxarmaq. Məni yalnız sabahkı oyun maraqlandırır - yaxşı oynamaq, üç xal qazanmaq, sona qədər mübarizə aparmaq və həm fərdi, həm də komanda səviyyəsində yüksək oyun nümayiş etdirmək. Qalan məsələlər məni az narahat edir”, - deyə məşqçinin sözlərini “kral klubu”nun rəsmi saytı sitat gətirir.
İspaniya La Liqasında 20 turdan sonra Madrid “Real”ı 48 xal toplayıb və hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Kral klubu” lider “Barselona”dan cəmi 1 xal geri qalır.
Namiq HUN
tag: Alvaro Arbeloa,Real Madrid,İspaniya Kuboku,Klub,Todaypress.tv,
