Arbeloa ilk dəfə hər iki nəhəngi pley-offda məğlub edən məşqçi oldu

İdman

18.03.2026 10:09

Alvaro Arbeloa UEFA Çempionlar Liqası tarixində yeni rekord müəyyənləşdirib. 

TodayPress TV məşhur statistik səhifə “Mister Chip”ə istinadən xəbər verir ki, o, turnirin 2025/2026 mövsümündə 1/4 finala yüksəldikdən sonra əvvəllər heç bir məşqçiyə nəsib olmayan nailiyyətə imza atıb.

Məlumata görə, Arbeloa tarixdə ilk məşqçidir ki, pley-off mərhələsində həm Joze Mourinyo, həm də Pep Qvardiola komandalarına bütün oyunlarda qalib gələrək turnirdən kənarlaşdırıb.

Bildirilib ki, Yurgen Klopp və Dieqo Simeone də vaxtilə hər iki mütəxəssisi Çempionlar Liqasından kənarlaşdırıblar, lakin onların komandaları bütün pley-off oyunlarında qələbə qazana bilməyib.

1/8 final mərhələsinin cavab oyununda “Real Madrid” səfərdə “Mançester Siti” üzərində 2:1 hesablı qələbə qazanıb. Oyunda qolları Vinisius Junior (22 və 90+3 dəq.) və Erlinq Haaland (41 dəq.) vurublar.

Xatırladaq ki, pley-offun əvvəlki mərhələsində “kral klubu” “Benfika”nı (Joze Mourinyo rəhbərliyi altında) iki oyunda məğlub edib – 1:0 və 2:1. 1/8 finalda isə Madrid təmsilçisi Pep Qvardiolanin çalışdırdığı “Mançester Siti” üzərində 3:0 və 2:1 hesablı qələbələr qazanıb.

1/4 finalda “Real Madrid” “Bayern Munhen” – “Atalanta” cütünün qalabi ilə qarşılaşacaq. İlk oyunda almanlar 6:1 hesabı ilə qələbə qazanıblar. 

Namiq HUN

TodayPress TV

tag: Alvaro Arbeloa,UEFA,ÇL,Rekord,Todaypress.tv,