Antonelli tarix yazdı – yubiley qələbə onun oldu!

İdman

31.03.2026 11:27

Andrea Kimi Antonelli “Formula-1” tarixində 500-cü poul-qələbəni rəsmiləşdirib.

TodayPress TV xəbər verir ki, “Mercedes” AMG F1 komandası ilə Yaponiya Qran-prisinin qalibi olan italiyalı pilot Andrea Kimi Antonelli bununla mühüm statistik göstəriciyə imza atıb.

Qran-pridə Antonelli poul mövqeyindən start götürərək finişə birinci çatıb. Bu nəticə “Formula-1” tarixində poul mövqeyindən qazanılan 500-cü qələbə kimi qeydə alınıb.

Qeyd edək ki, 1950-ci ildə keçirilən ilk çempionat yarışı – Britaniya Qran-prisindən bu günə qədər ümumilikdə 1152 yürüş baş tutub və onların 500-ü poul mövqeyindən start alan pilotların qələbəsi ilə yekunlaşıb. Bu cür ilk qələbənin müəllifi isə Cuzeppe Farina olub.

Poul mövqeyindən ən çox qələbə qazanan pilot rekordu isə yeddiqat dünya çempionu Lyuis Hemiltona məxsusdur – 61 qələbə.

Namiq HUN

TodayPress TV

tag: Andrea Kimi Antonelli,Formula-1,Mercedes,Qran-pri,Todaypress.tv,