Ançelotti vəd verdi – Futbol dünyasında maraqlı plan
İdman
30.03.2026 15:36
San-Marino millisinin baş məşqçisi Roberto Çevoli Braziliya yığması ilə mümkün yoldaşlıq oyunu barədə danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
O bildirib ki, vaxtilə “Recane”də birgə çalışdığı Karlo Ançelotti onunla əlaqə saxlayaraq komandasını təbrik edib:
“Ançelotti mənə zəng etdi və Millətlər Liqasında D qrupunda birinci yer tutmağımız münasibətilə bizi təbrik etdi. Bu, çox təsirli idi. Mən ona Braziliya ilə San-Marino arasında yoldaşlıq oyunu keçirməyi təklif etdim və o, bunun baş tutacağına söz verdi”.
Çevoli komandadakı vəziyyətə də toxunub və qeyd edib ki, heyətdə cəmi iki peşəkar futbolçu var – qapıçı Edoardo Kolombo və hücumçu Nikola Nanni.
Onun sözlərinə görə, digər oyunçular əsasən aşağı liqalarda çıxış edir və paralel olaraq müxtəlif işlərdə çalışırlar: bəziləri zavodda işləyir, digərləri mühasib, dizayner və ya anbar işçisidir. Hətta bəzi futbolçular məşqlərə işdən sonra gecikir və səfər oyunları üçün məzuniyyət götürməli olurlar.
Məşqçi vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, futbolçular böyük fədakarlıq göstərir və milli komandaya sədaqətlə xidmət edirlər.
Namiq HUN
tag: Roberto Çevoli,Braziliya,Ançelotti,Recane,Todaypress.tv,
