Anastasiya Qasanova karyerasında 14-cü titulunu qazandı
İdman
26.01.2026 14:52
Dünyanın 213-cü raketkası olan Azərbaycan əsilli rusiyalı tennisçi Anastasiya Qasanova Tunisın Monastir şəhərində keçirilən W50 kateqoriyalı turnirin qalibi olub.
TodayPress TV xəbər verir ki, o, finalda Dünya Tennis Assosiasiyası (WTA) reytinqində 339-cu pillədə qərarlaşan Samira De Stefano ilə qarşılaşıb.
Üç saat davam edən görüş Qasanovanın 7:5, 2:6, 6:3 hesablı qələbəsi ilə başa çatıb.
26 yaşlı tennisçi üçün Monastirdə qazanılan titul 2026-cı ildə ilk, Beynəlxalq Tennis Federasiyası (ITF) turnirlərində isə karyerasının 14-cü titulu olub. Bu qələbə Qasanovaya WTA reytinqində 172-ci pilləyə yüksəlmək imkanı verə bilər.
Qeyd edək ki, Anastasiya Qasanova Monastir turnirinə “Australian Open-2026” turnirinin seçmə mərhələsini adlaya bilmədikdən sonra qatılıb. O, finalda türkiyəli Zeynep Sönmezə məğlub olub. Qasanova “Australian Open”in seçim mərhələsinin son turunda çıxış edən yeganə rusiyalı tennisçi idi.
Namiq HUN
tag: Raketka,Anastasiya Qasanova,Tennis,Turnir,Todaypress.tv,
