Alkaras NBA matçında – Donçiç isə 60 xalla tarix yazdı
Dünya tennisinin lideri olan ispaniyalı Karlos Alkaras NBA 2025/2026-cı illər mövsümünün müntəzəm çempionatı çərçivəsində keçirilən “Mayami Hit” - “Los-Anceles Leykers” oyununu izləyib.
TodayPress TV xəbər verir ki, Alkaras qarşılaşmadan sonra “Leykers”in sloveniyalı oyun qurucusu Luka Donçiçlə görüşüb.
Mayamidə baş tutan və “Leykers”in 134:126 hesablı qələbəsi ilə yekunlaşan görüşdə Donçiç 60 xal toplayaraq matçın ən məhsuldar oyunçusu olub.
Qeyd edək ki, Karlos Alkaras martın 20-dən 21-nə keçən gecə Mayamidə keçirilən “Masters” turnirində ilk oyununa çıxacaq. O, ikinci mərhələdə 19 yaşlı braziliyalı tennisçi Joao Fonseka ilə kortda raketka oynadacaq.
Namiq HUN