Alaba və Emre Can alınmadı, Beşiktaş Montesə yönəldi
İdman
28.01.2026 14:35
“Beşiktaş” klubu “Lokomotiv”in müdafiəçisi Sesar Montesi transfer etmək istəyir.
TodayPress TV xəbər verir ki, bu barədə “Çempionat” nəşrinə məlumat verib.
Bildirilir ki, İstanbul təmsilçisi yaxın günlərdə “Lokomotiv”ə futbolçunun transferi ilə bağlı rəsmi təklif göndərəcək.
Qeyd edək ki, “Beşiktaş” əvvəlcə digər variantlar üzərində işləyib. Xüsusilə “Real Madrid”in futbolçusu David Alaba və Dortmund “Borussiya”sından Emre Can gündəmdə olub. Lakin bu transferlərin yüksək maliyyə tələbləri səbəbindən klub diqqətini Montesa yönəldib.
Sesar Montes 2024-cü ilin sentyabrından etibarən “Lokomotiv”in formasını geyinir. Cari mövsümdə müdafiəçi klub səviyyəsində 19 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalında meksikalı futbolçunun bazar dəyəri 7 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Beşiktaş,Lokomotiv,Sesar Montes,Real Madrid,Todaypress.tv,
