AFFA: Qonaqlar meydana çıxmadı, texniki məğlubiyyət tətbiq olundu
AFFA daha iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Region Liqanın yanvarın 18-də keçirilməli olan “Hacıqabul” - “Bakı TFK” matçı qonaqların oyuna gəlməməsi səbəbindən baş tutmayıb. İntizam Komitəsi “Bakı TFK” komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.
Həmin gün Yüksək Qızlar Liqasında keçirilməli olan “Zaqatala QFK” - “Baku Juniors” qarşılaşmasında da qonaqlar təyin olunan vaxtda meydana çıxmayıblar. Qonaq komanda 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
Namiq HUN