ABŞ-də ilk oyununa çıxan Nəriman Axundzadənin klubu məğlub oldu
ABŞ-nin "Kolambus Kryu" komandasına transfer olunan Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə yeni klubunda ilk oyununa çıxıb.
TodayPress TV xəbər verir ki, "Toronto" klubuna qarşı matçın 88-ci dəqiqəsində meydana çıxan N. Axundzadə debüt edib.
O, Andre Qomeşi əvəzləyib.
Qeyd edək ki, matç "Kolambus Kryu"nun məğlubiyyəti ilə (1:2) yekunlaşıb.