9 illik seriya bitdi – “Toronto” üçün böyük uğursuzluq

9 illik seriya bitdi – “Toronto” üçün böyük uğursuzluq
03.04.2026 12:35 İdman

Milli Xokkey Liqasının (NHL) “Toronto Meypl Lifs” klubu 2016/2017 mövsümündən bəri ilk dəfə “Stenli Kuboku”nda iştirak edə bilməyəcək.

TodayPress TV xəbər verir ki, bu nəticə NHL-in müntəzəm çempionatında “San-Xose Şarks” ilə keçirilən oyundan sonra rəsmiləşib.

Görüş San-Xosedə baş tutub və meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu məğlubiyyətdən sonra “Toronto Meypl Lifs” pley-off şanslarını tam itirib. Komanda ardıcıl olaraq 2016/2017 mövsümündən bəri hər il pley-offda çıxış edirdi.

Qeyd edək ki, bu müddət ərzində “Meypl Lifs” cəmi iki dəfə ikinci mərhələyə yüksələ bilib və hər iki halda mübarizəni orada dayandırıb.

Hazırda Kanada təmsilçisi 77 xalla Atlantik divizionunda sonuncu – 8-ci pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər