8 ildən sonra vida: “Bavariya” Leon Qoretska ilə yollarını ayırır
“Bavariya” klubu yarımmüdafiəçi Leon Qoretskanın bu ilin yayında komandadan ayrılacağını elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Alman futbolçu 2018-ci ildən etibarən “Bavariya”nın formasını geyinir.
Klubun “X” sosial şəbəkəsində yayımlanan açıqlamasında deyilir:
“Leon Qoretska klubda keçirdiyi səkkiz uğurlu ildən sonra yayda “Bavariya”dan ayrılacaq. O vaxta qədər isə birlikdə daha çox titul qazanmaq üçün əlimizdən gələni edəcəyik!”.
Qeyd edək ki, 30 yaşlı futbolçu cari mövsümdə 28 oyuna çıxıb və 1 qol vurub. Yarımmüdafiəçinin “Bavariya” ilə mövcud müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.
Namiq HUN