19 yaşlı ulduzdan möhtəşəm rekord – 51 xal!

İdman

04.04.2026 14:41

“Dallas Maveriks” klubunun hücumçusu Kuper Fleqq ABŞ Milli Basketbol Assosiasiyası (NBA) tarixində bir oyunda 50+ xal toplayan ən gənc basketbolçu olub.

TodayPress TV xəbər verir ki, o, bu göstəriciyə “Orlando Məcik”ə qarşı keçirilən görüşdə (127:138) imza atıb.

NBA-nın müntəzəm mövsümündə baş tutan oyunda “Dallas” məğlub olsa da, Fleqq 51 xal toplayaraq diqqət mərkəzinə düşüb.

O, bununla NBA tarixində bir oyunda 50 və daha çox xal toplayan ən gənc oyunçu olub. Əvvəlki rekord Brendon Cenninqsə məxsus idi - 20 yaş 52 gün.

Qeyd edək ki, Fleqq yanvarda da rekord müəyyənləşdirib. O, “Şarlot  Hornets”ə qarşı matçda (121:123) 49 xal toplayaraq 45+ xal həddini keçən ən gənc basketbolçu olub.

Bu göstərici üzrə ən gənc oyunçular siyahısında həmçinin Lebron Ceyms (56 xal, 20 yaş 80 gün), Devin Buker (70 xal, 20 yaş 145 gün) və Viktor Vembanyama (50 xal, 20 yaş 314 gün) da yer alır.

Namiq HUN

tag: Dallas Maveriks,Kuper Fleqq,ABŞ ,Basketbol,TodayPress TV,