Müdafiə Nazirliyinin Tibb İdarəsində təlim-metodiki toplanış keçirildi

Müdafiə Nazirliyinin Tibb İdarəsində təlim-metodiki toplanış keçirildi
21.02.2026 11:12 Hərbi

Müdafiə Nazirliyinin (MN) Tibb İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş təlim-metodiki toplanış keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Bildirilib ki, tədbirdə idarənin zabit heyəti, Baş Klinik Hospitalın şöbə rəisləri, qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik və birləşmələrin tibb xidməti rəisləri iştirak ediblər.

Təlim-metodiki toplanışda mövsümi xəstəliklərin yayılması, profilaktik tədbirlərin görülməsi, innovativ üsullarla müayinə və müalicə metodlarının aparılmasına dair məruzələr dinlənilib, eləcə də digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər