Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliklə bağlı açıqlama yaydı

Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliklə bağlı açıqlama yaydı
06.03.2026 10:02 Hərbi

Azərbaycan Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliklə bağlı izahlı məlumat yayıb.

Nazirlikdən TodayPress TV-yə verilən məlumata görə, 1 nömrəli səfərbərlik elan edildiyi halda Silahlı Qüvvələr tam döyüş hazırlığı vəziyyətinə gətirilir.

Bu zaman ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir.

Bildirilib ki, səfərbərlik çərçivəsində hərbi hissələr döyüş mövqelərinə və ya əvvəlcədən müəyyən edilmiş təyin olunmuş ərazilərə çıxarılır.

Nazirlik qeyd edib ki, bu tədbirlər Silahlı Qüvvələrin operativ hazırlığının təmin edilməsi və mümkün təhlükələrə qarşı çevik reaksiya verilməsi məqsədi daşıyır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər