Yetkinlik yaşına çatmayan şəxsin törətdiyi qətllə bağlı cinayət işi başlanıldı

Yetkinlik yaşına çatmayan şəxsin törətdiyi qətllə bağlı cinayət işi başlanıldı
12.03.2026 09:15 Hadisə

Gəncədə yetkinlik yaşına çatmayan şəxsin törətdiyi qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə TodayPress TV-yə Gəncə şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 12-də Gəncə şəhər sakini Elçin Nağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla E.Nağıyevin yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər