Yataqxanada yanğın çıxdı, üç nəfər zəhərləndi

Yataqxanada yanğın çıxdı, üç nəfər zəhərləndi
25.08.2025 18:35 Hadisə

Bakının Nərimanov rayonunda yataqxanada yanğın olub.

TodayPress TV xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər