Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürüldü

Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürüldü
27.07.2025 11:30 Hadisə

Xocavənd rayonunun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar söndürülüb.

TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazirlyin yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı sayəsində yanğınların qarşısı alınıb. Hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir. Əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər