Xızıda “Infinity” aşdı, ölən var

Xızıda “Infinity” aşdı, ölən var
24.06.2025 23:23 Hadisə

Xızıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Yol Polisi İdarəsindən TodayPress TV-ə verilən məlumata görə, hadisə Məşədi Həsən qəsəbəsi yaxınlığında qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan 90-HH-960 dövlət nömrə nişanlı, “Infinity” markalı avtomobil yoldan çıxaraq aşıb, nəticədə sürücü hadisə yerində ölüb.

Məlumata görə qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər