Xətaidə hotel binasında yanğın oldu

Xətaidə hotel binasında yanğın oldu
23.08.2025 20:40 Hadisə

Bakıda üçmərtəbəli hotel binasında yanğın olub.

FHN-in Mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 1200 m² olan üçmərtəbəli hotel binasının mənfi birinci mərtəbəsində yerləşən sauna otağının, sanitar qovşağının və dəhlizinin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Hotel binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər