Vaqif Babayev vəfat etdi

Vaqif Babayev vəfat etdi
14.02.2026 23:30 Hadisə

Salyanda tanınmış xanəndə Vaqif Babayev dünyasını dəyişib.

TodayPress TV xəbər verir ki, Vaqif Qurbanxan oğlu Babayev bu gün Salyan Rayon Mərkəzi Xəstəxanasına kamotoz vəziyyətdə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Vaqif Babayev 1949-cu ildə Salyan şəhərində doğulub. Tanınmış aşıq Qurbanxanın oğludur.

TodayPress TV


XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər