Usta kimi işlədiyi evi soydu

Usta kimi işlədiyi evi soydu
11.08.2026 16:33 Hadisə

Suraxanı rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

TodayPress TV DİN-ə istinadən xəbər verir ki, rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.

Araşdırmalar davam etdirilir.



XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər