Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi

Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi
12.08.2026 21:30 Hadisə

Rusiyada "UTair" aviaşirkətinə məxsus, Tümendən Bakıya uçuş həyata keçirən təyyarə texniki səbəbdən Ufada məcburi eniş edib.

TodayPress TV xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, 12 avqust saat 21:15 radələrində yerli vaxtla (Bakı vaxtı ilə 20:15) təyyarə "Ufa" beynəlxalq hava limanına enib. Ekipaj texniki səbəbdən marşrutdan kənara çıxmaq qərarına gəlib.

Eniş normal rejimdə həyata keçirilib. Nəqliyyat Prokurorluğu nəzarət tədbirləri təşkil edib və sərnişinlərin hüquqlarına riayət olunmasına nəzarət edilir.

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər