Tələbə qızlar dəm qazından ZƏHƏRLƏNDİ

Tələbə qızlar dəm qazından ZƏHƏRLƏNDİ
16.02.2026 10:35 Hadisə

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, Zaqatala rayon sakinləri - 2006-cı il təvəllüdlü F.Həsənova, 2006-cı il təvəllüdü İ.Mollayeva və 2005-ci il təvəllüdlü N.Musayeva huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Adıçəkilən şəxslərə müayinə zamanı dəm qazından zəhərlənmə diaqnozu təyin edilib. Zəhərlənən şəxslərə yardım edilib, hazırda vəziyyətləri kafi olaraq qiymətləndirilir. Onların tələbə olduqları bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

(Unikal)

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər