Son dörd ayda Naxçıvanda 180 nəfəri ilan və əqrəb sancıb

Son dörd ayda Naxçıvanda 180 nəfəri ilan və əqrəb sancıb
28.07.2025 11:56 Hadisə

Naxçıvan Muxtar Respublikasının (MR) Səhiyyə Nazirliyi cari ilin aprel ayından bu günə qədər Naxçıvanda ilan sancması ilə bağlı qeydə alınan faktların statistikasını açıqlayıb.

TodayPress TV xəbər verir ki, Nazirlikdən "Report"un yerli bürosuna verilən məlumata görə, ilan sancması ilə əlaqədar ümumilikdə 43 nəfər səhiyyə müəssisələrinə müraciət edib.

Həmçinin qeyd olunan dövrdə əqrəb sancması diaqnozu ilə 137 nəfər, qara əqrəb sancması diaqnozu ilə 7 nəfər, günvurma diaqnozu ilə 6 nəfər xəstəxanalara müraciət edib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər