SON DƏQİQƏ! Partlayış baş verdi, ÖLƏN VAR

SON DƏQİQƏ! Partlayış baş verdi, ÖLƏN VAR
25.02.2026 10:11 Hadisə

Yevlax rayonunda ölümlə nəticələnən partlayış hadisəsi baş verib.

TodayPress TV Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsi ərazisindəki kafelərdən birində baş verib.

Hadisə zamanı kafedə qaz balonu partlayıb. Partlayış nəticəsində orada olan Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Ruslan Şirin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yevlax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilən R.Sadıqov orada ölüb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər